BURADA REKLAMINIZ OLA
BİLƏR

Umayra Tağıyeva: "Havanın temperaturu normadan yüksəkdir"

“Bu il dekabr ayı anomal isti keçir. Havanın temperaturu normadan yüksəkdir”.

 

Pravda.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

 

O bildirib ki, dekabrda ən isti gün ayın 24-də müşahidə olunub: “Həmin gün paytaxtda maksimal temperatur 15.4 dərəcəyə yaxınlaşıb ki, bu da çoxillik normadan  6.2 dərəcə yüksəkdir”.

 

U.Tağıyevanın sözlərinə görə, yaxın günlərdə də hava şəraitində mühüm dəyişiklik gözlənilmir: "Normadan yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində də davam edəcək”.APA

Tarix: 25 Dekabr 2019, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin