BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kim onların qadınlarının yerinə olsaydı...” – Tənzilə Rüstəmxanlı

“Ermənilərin Xocalıda törətdiyi soyqırım zatən insanlığın üzqarası idi. Hamilə qadının qarnını yarıb bətnində körpəsini çıxarıb öldürdülər. Yəni bunlar bu cür xəstə, vəhşidilər”

 

Bunu Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

 

Qurum sədri ermənilərin yaşayış məntəqələrimizə raket ataraq insanlarımızı, körpələrimizi qətlə yetirməsinin insanlığa sığmadığını bildirib:

 

“Savaşın da bir əxlaqı, qanunları var. Bu, tarix boyu belə olub, amma təəssüflər olsun ki, Ermənistan bu qanuna riayət etmir və haqsız bir savaş aparır. Həmin əxlaqsız savaş Ermənistanın və ermənilərin əsas mahiyyətini, vandal, soyqırımçı, vəhşi olduqlarını ortaya qoyur. Paşinyan yalvarıb atəşksə istədi, amma gecə saatlarında Gəncəyə raket atıb mülki insanları qətlə yetirdi. Bu millətin hamısı qatildir, bunlar xəstə bir millətdir. Ermənilər insan qanına doymurlar. İkinci belə bir millət yoxdur ki, insanı öldürdükdən sonra onun başının dərisini soysunlar, burnunu, qulağını, qadınların döşünü kəssinlər. Körpələri qətlə yetirirlər. Ermənilərin Xocalıda törətdiyi soyqırım zatən insanlığın üzqarası idi. Hamilə qadının qarnını yarıb bətnində körpəsini çıxarıb öldürdülər. Yəni bunlar bu cür xəstə, vəhşidilər. Allah bizə çox vəhşi bir qonşu göndərib. Bunların gözü heç zaman doymaz, başqlarının torpaqlarında gözü olan, özlərinə yalançı tarix quran bir millətdir. Yazıq, simasız, əzik bir millət kimi özlərini dünyaya təqdim edirlər, amma bu əziklik psixologiyasıyla  onlar Gəncəyə, Bərdəyə və digər rayonlarımıza hücum edirlər. Bu o deməkdir ki, Ermənistan savaşda çox əxlaqsız bir durum sərgiləyir. Çox təəssüflər olsun ki, vicdansız dünya da bizi görəndə vicdanını tamamilə itirir. Biz onsuz da bilirdik onların vicdanı yoxdur. Bu gün Ermənistana atəşkəs istəyən başda Amerika, Fransa ermənilərdən niyə Bərdənin hesabını sormur? İnsanlarımıza qarşı qadağan olunmuş raketlərdən istifadə edirlər. Erməniləri bu şəkildə qudurdub bizim üstümüzə saldılar”.

 

T.Rüstımxanlı deyib ki, bütün bunlara baxmayaraq Azərbaycan öz haqq savaşını davam etdirib torpaqlarımızın hər bir qarışını işğaldan azad edərək, düşməni o yerlərdən qovacaq:

 

“Lakin Ermənistanın etdiyi bütün əxlaqsızlıqlara baxmayaraq, Azərbaycan çox əxlaqlı bir haqq davası aparır. Allah da bu millətin, ordusunun, Ali Baş Komandanının yanındadır. Ali Baş Komandanın çıxışlarına diqqət edin. Bu gün Azərbaycanda ən gözəl tarixçi, diplomat, natiq odur. Bu millət Ali Baş Komandanının arxasında, onun Qarabağı azad etmək istəyinin yanındadır. Ordumuz savaş meydanında üstümüzə hücum edən erməniləri məhv edir. Bu gün düşmən çırpınır, son nəfəsləridir, onsuz da torpaqlarımızdan rədd olub gedəcəklər, orda qalmayacaqlar. Amma ermənilər torpaqlarımıza gəldikləri kimi getmirlər. Onlar bizim yerlərimizə gələndə özlərini yazıq kimi apardılar,onlara yer verdik və indi bizə hücum edirlər. Dünya bu gün Azərbaycan Ordusunun gücünü gördü. Kim nə edir etsin, ölməkdə olan Ermənistanı ayağa qaldırmaq üçün yaxa cırır-cırsın, Azərbaycan Qafqazın ən güclü və ən parlayan ulduzudur. Ona görə də Azərbaycan sözünü savaş meydanında deyir, torpaqlarımızın azadlığı uğrunda savaş aparırıq. Ermənilər bizim torpaqlarımızda nə gəzir? Onlar raketləri mülki obyektlərimizə öz ərazilərindən atır. Biz işğal altındakı rayonlarımızı azad etdikcə, düşmən uduzur və bunun qisasını dinc əhalimizdən çıxır. Ona görə də Ermənistan üçün bu savaş məğlubiyyətlə bitəcək və o erməni xalqı hələ də ağlını başına qoymayıb ki, Paşinyanı onun qatil adamlarını hakimiyyətdən qovsun və desin ki, biz azərbaycanlılarla barış içində yaşamaq istəyirik. Onlar ağıllarını başlarına almayıb. Kim onların qadınlarının yerinə olsaydı, indi küçələrə çıxardı və deyərdi ki, “bizim Qarabağda nə işimiz var, niyə gedib övladlarımız Qarabağda ölməlidir?”. Artıq Azərbaycan Ordusu yumruğunu onların başına vura-vura ağıllarını başına gətirir. Onların ən gözəl cavabını bizim Ali Baş Komandan, onun rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu və arxasında dağ kimi duran bu millət verəcəkdir”.Moderator

Tarix: 29 Oktyabr 2020, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin