BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Ələkbərov Azərbaycanda yeni layihələr həyata keçirəcək

Azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində Azərbaycanda iki layihə üzrə danışıqlar apardığını deyib.

 

Pravda.az-ın xəbərinə görə, Vahid Ələkbərov həmin layihələrin adlarını açıqlamayıb: “Azərbaycanda hazırda bizim danışıqlar prosesimiz gedir, hansı ki, biz bunu 2020-c ilin birinci kvartalında sürətlə yekunlaşdırmağı nəzərdə tuturuq. Bizi iki layihə maraqlandırır, amma mən hələ onları açıqlaya bilmərəm, hələlik onlarla bağlı müqavilə imzalanmayıb”.

 

 “Azərbaycanla yanaşı Qazaxıstanda da “bəzi maraqlı layihələr” üzrə danışıqlar gedir. “Lukoil” Xəzərdə fəal geoloji-kəşfiyyat işləri də aparırıq və gələn il “Xəzri” blokunda quyuların qazılmasına başlayacaq” – milyarder bildirib. Virtualaz.org

Tarix: 25 Dekabr 2019, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin