BURADA REKLAMINIZ OLA
BİLƏR

MSK bələdiyyə seçkilərinin nəticəsini gələn il təsdiqləyəcək

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini 2020-ci il yanvarın 12-dək təsdiqləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 108.2, 239-cu maddələrinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarının yoxlamalı və təsdiq etməlidir.

 

Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2020-ci il yanvarın 12-dək olan dövrü əhatə edir.

 

Eyni zamanda Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 25 gün müddətində seçkilərin yekununu elan etməlidir. Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dək olan dövrü əhatə edir.

Tarix: 25 Dekabr 2019, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin