"Həm insan öldürmək, həm də inanclıların hisslərini təhqir etmək yolverilməzdir” - Peskov

“Şarli Hebdo” kimi bir jurnal Rusiyada mövcud ola bilməz. Eyni zamanda həm insan öldürmək, həm də inanclıların hisslərini təhqir etmək yolverilməzdir”.

Pravda.az xəbər verir ki, Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Əslində, ölkəmizin özünəməxsusluğu məhz çoxmillətli və çoxetiqadlı olmasındadır. Və bütün dini etiqad üzvləri bir-birinə tam hörmətlə yanaşır. Buna görə də belə bir nəşrin mövcudluğu mövcud qanunvericiliyimiz nəzərə alınmaqla ölkəmizdə tamamilə qeyri-mümkündür”,- deyə Peskov vurğulayıb.

Peskov qeyd edib ki, xristianlığın hakim din olaraq qalmasına baxmayaraq Rusiyada təxminən 20 milyon müsəlmanın yaşadığını unutmamaq lazımdır.

Tarix: 29 Oktyabr 2020, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin