BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dağlıq Qarabağa Ermənistanla əlaqə saxlamaq üçün yol verilərsə…"

"Bir aydan çoxdur davam edən müharibədə çoxlarını narahat edən Rusiya hakimiyyəti bizi qane edən çox mühüm mövqe sərgilədi. Rusiya Prezidenti V.V.Putin ilk dəfə elan etdi ki, 7 işğal olunmuş rayon Azərbaycanın torpağıdır və tezliklə ona qaytarılmalıdır. Ən əsası isə Türkiyənin bu problemdə iştirakının vacib olduğunu vurğuladı.Bununla belə, Dağlıq Qarabağa hər hansı status veriləcəyi təqdirdə onun sərhədlərində rus qoşunlarının yerləşdirilməsini yolverilməz sayıram".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Hesab edirəm ki, Dağlıq Qarabağa Ermənistanla əlaqə saxlamaq üçün yol verilərsə əvəzi Azərbaycanı Naxçıvanla birləşdirən yol olmalıdır" 

Tarix: 30 Oktyabr 2020, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin