BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-da oxuyan şagirdin adı Bakı məktəbinin jurnalında - QALMAQAL

Bakı şəhəri 53 nömrəli məktəbi ötən dərs ilində 9-cu sinfini bitirmiş Nigar Bayramova bu dərs ilində ABŞ-da təhsilini davam etdirir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, buna baxmayaraq onun adı 53 nömrəlı məktəbin 10-cu sinif şagirdi kimi saxlanılıb. Şagirfin adı hələ də jurnalda gedir və qiymətləndirilir.

Məlumatda qeyd edilir ki, məktəbin direktoru Firəngiz Həmidova bunun ciddi saxtakarlıq və məsuliyyətə səbəb olan qanunsuzluq olduğunu bilsə də, sinfin "kağız üzərində" bölünməsi, ikiqat artıq saatların yazılması, bununla da ikiqat artıq maaş hesablanmasına "zəmin yaradıb".  Bununla da, uşaqlardan, müəllimlərdən yığdığı azmış kimi, həmçinin daha çox dövlət vəsaitini mənimsəmək məqsədi güdüb.

Məlumatda qeyd olunub ki, təhsil orqanlarının rəhbərliyi bu məsələ haqda məlumat alan kimi araşdırmaya başlayıb və xanım direktor cidanı çuvalda gizlədə bilməyib. Ancaq bununla bağlı təhsil idarəsi tərfindən aparılan araşdırmalar hələ başa çatmayıb. Onlar da məsələnin qabarmamasına çalışsalar da, direktorun əlavə tamahkarlığı hadisənin üstünü açıb. Belə ki, direktor xanım Həmidova bu qeylü-qaldan "qurtarmaq" adı altında bütün müəllimlərdən adambaşına 150-200 manat yığıb. Bir sözü iki olmayan direktorun bu yığım reydi halal əmək haqqı ilə dolanan müəllimləri özündən çıxarıb və hadisə ictimailəşib.

Qeyd edək ki, direktorun adı əvvəllər də mediadada rüşvət qalmaqlında hallanıb. Belə bir adamın niyə indiyə qədər hələ də məktəb rəhbərliyində saxlanılması isə sirr olaraq qalır.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə sorğu ilə müraciət edilib. Rəsmi cavabı da dərc edəcəyik.

Tarix: 25 Dekabr 2019, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin