BURADA REKLAMINIZ OLA
BİLƏR

Döyüş əməliyyatları Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində gedib - RƏSMİ

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

 

Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

 

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

 

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Tarix: 31 Oktyabr 2020, 07:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin