BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubadlı ilə bağlı daha bir AÇIQLAMA

Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

 

Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.

 

Bildirilib ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək.

 

Tarix: 31 Oktyabr 2020, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin