Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Erməni qadınların Qarabağa getməsi o demək deyil ki, onlar döyüşəcəklər...”

“Ermənilərin qadınlarını cəbhəyə göndərməsində məqsədləri odur ki, bir-ikisi ordumuz tərəfindən məhv edilən kimi dünyaya car çəkəcəklər ki, Azərbaycan Ordusu qadınlarımızı öldürür”

 

Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

Onun sözlərinə görə erməni qadınları Qarabağa döyüşmək üçün getməyib: “Erməni qadınları saxtakardırlar. Ermənilərin qadınlarını cəbhəyə göndərməsində məqsədləri odur ki, bir-ikisi ordumuz tərəfindən məhv edilən kimi dünyaya car çəksinlər ki, Azərbaycan Ordusu qadınlarımızı öldürür. Onların siyasəti yoxdur, hər şeyi yalan üzərində qurublar. Paşinyanın arvadı Anna Akopyan ikiüzlünün biridir. Birinci dəfə əlində gül-çiçəklə çıxıb Azərbaycan qadınlarını sülhə səslədi, indi isə rəfiqələrini yığıb döyüşə gedəcəyini deyir. Bunların bütün işləri belədir. Erməni qadınların Qarabağa getməsi o demək deyil ki, onlar döyüşəcəklər. Bu Azərbaycan Ordusudur, onun qarşısında zarafat etmək olmaz. Bizdə əsir olan 85 yaşlı qadını danışdıranda da lap gülünc vəziyyətə düşdülər. Qadın deyir ki, “su istədim, mənə çay verdilər”. Biz təşkilat olaraq erməni qadınlarıyla çox işləmişik və onlarda normal bir adam görmədim. Axırıncı dəfə dedim ki, biz ermənilərlə işləmək istəmirik, çünki onlar yalançıdırlar. Ermənilər anadan olanda qulaqlarına pıçıldadıqları “türk sənin düşmənindir” sözüylə psixologiyaları pozulub. Bütün dünya uşaqlarına lay-lay oxuyur, təkcə ermənilərdən başqa. Ona görə də onların psixologiyasını müalicə etmək lazımdır. Normal qadın, ana, körpəyə, uşağa atəş açmaz”.

 

Qeyd edək ki, Ermənistan bir qrup qadını Qarabağ cəbhəsinə göndərib.Moderator

Tarix: 31 Oktyabr 2020, 12:18   
Xəbər lenti
Çox oxunanlar