BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənilər yenidən Dağlıq Qarabağa qayıtmaq istəyirlərsə…" - Rəsul Quliyev

"ABŞ Minsk qrupunun üzvü olan ölkələrin heç birinin silahlı qüvvələri ATƏT rəhbərliyi altında Dağlıq Qarabağa yerləşdirilə bilməz. Onlar "Bu işi Skandinaviya ölkələrinə həvalə etmək olar" təşəbbüsü ilə çıxış edirlər" .

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

"Bu, yalnız Ermənistan qoşunlarını nə vaxt (Hər halda 3 aydan gec olmamalıdır) Dağlıq Qarabağdan çıxardacaq qrafikini verdikdən sonra baş verə bilər. Əgər Skandinaviyanın ATƏT sülh qüvvələri DQ-da yerləşdiriləcəksə, deməli, bu qüvvələr azərbaycanlıların DQ-da öz torpaqlarına qayıtmasını təmin etməlidir. DQ-nin erməni icması ancaq 1987-ci ildə orada qeydiyyatdan keçmiş və onların burada yaşadıqları uşaqları ola bilər. 1987-ci ildən bu günə qədər ora başqa ölkələrdən gətirilmiş ermənilər və başqa millətdən olanlar (Məsələn, kürdlər) DQ əhalisi və Azərbaycan vətəndaşı sayıla bilməz. Onlar orada müvəqqəti yaşamaq üçün Azərbaycan hökümətinə müraciət etməli və rəsmi icazə almalıdır. İcazəsi olmayanlar dərhal DQ-ı tərk etməlidirlər. 1987-ci ildən DQ-ı tərk etmiş ermənilər yenidən DQ-a qayıtmaq istəyirlərsə , Azərbaycan hökümətinə müraciət etməli və yoxlamanı keçəndən sonra icazə verilsə qayıda bilərlər" - R.Quliyev qeyd edib.

Tarix: 31 Oktyabr 2020, 19:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin