BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda dairə seçki komissiyasının üzvü həbs edildi

Azərbaycanda vəzifəli şəxs həbs edilib.

 

Pravda.az-ın xəbərinə görə, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirli bilinir.

 

A. Vəliyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, A. Vəliyev Vətəndaş Həmrəyliyi Partiyasının Şirvan rayon təşkilatının sədri, 46 saylı Şirvan Dairə Seçki Komissiyasının (DSK) üzvüdür.APA

Tarix: 25 Dekabr 2019, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin