BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan mərkəzdə mövqelərini yaxşılaşdırdı” – Ermənistandan etiraf

“Bu gün səhər Azərbaycan Silahlı Qüvvələri, demək olar ki, bütün cəbhə xətti boyunca hücum hərəkətlərini davam etdirdi. Döyüşlərin intensivliyi çox da böyük deyil, lakin Azərbaycan tərəfi aktiv şəkildə hücum edir”.

 

Pravda.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Arçrun Ovannisyan bu barədə erməni mediasına məlumat verib.

 

Nazirlik əməkdaşı daha sonra bildirib ki, “Xüsusilə mərkəzi istiqamətdə mövqelərini yaxşılaşdıran Azərbaycan tərəfi erməni mövqelərinə çox sayda top və raket atıb. Eyni zamanda, Martuni (Xocavənd ) şəhəri də atəşə tutulub.

Tarix: 1 Noyabr 2020, 07:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin