BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevlaxda Yeni il münasibəti ilə təntənəli konsert keçirildi - FOTOLAR

Yevlax şəhərinin mərkəzi meydanında 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Respublikasnın tanınmış sənət adamlarının iştirakı ilə təntənəli bayram konserti keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, Yevlax Şəhər İcra hakimiyyətinin başçısı Anar Tağıyev, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, aqrarsektorda çalışanların, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələrinin, minlərlə Yevlax sakininin iştirakı ilə keçən konsertdə  əsl bayram abu havası yaşanıb.

 

Qeyd olunub ki, 31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hazırda Ulu Öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

 

Populyar müğənni Sevda Yəhyayeva və gənc incəsənət xadimlərinin, rəqs kollektivlərinin iştirakı ilə 2 saatdan çox  davam edən konsert proqramında ifa edilən mahnı və rəqslər hər bir yevlaxlının qəlbinə sevinc bəxş edib.

Fotoları təqdim edirik
Tarix: 25 Dekabr 2019, 16:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin