BURADA REKLAMINIZ OLA
BİLƏR

Heydər Əliyev Fondu bayram sovqatı payladı - FOTOLAR

Heydər Əliyev Fondu tərəfindən 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatlarının paylanılmasına başlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Fondun əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri dekabrın 21-dən etibarən respublika üzrə aztəminatlı ailələrə bayram sovqatları çatdırır.

 

Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 28-dək bütün rayon və şəhərlər üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunacaq.

Fotoları təqdim edirik
Tarix: 25 Dekabr 2019, 18:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin