Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Grandmart” “Johnson&Johnson” məhsullarını satışdan çıxardı

“Grandmart” mağazalar şəbəkəsi “RAHAT” supermarketlər şəbəkəsi təşəbbüsünü  dəstəkləyərək bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.

 

Pravda.az xəbər verir ki, bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.

 

Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək “Johnson & Johnson” məhsulları “Grandmart” mağazalar şəbəkəsində satılmayacaq.   

 

Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.

Tarix: 1 Noyabr 2020, 18:07   
Xəbər lenti
Çox oxunanlar