BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkillər Kollegiyasının sədri Prezidentə təşəkkür etdi

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Prezident İlham Əliyevə “vəkil günü” peşə bayramının qeyd edilməsi barədə sərəncam imzaladığına görə minnətdarlığını bildirib.

 

Pravda.az-ın xəbərinə görə, A.Bağırov xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamına əsasən hər il dekabrın 28-nin ölkədə “Vəkil günü” peşə bayramının qeyd edilməsi barədə qərar qəbul olunub.

 

Kollegiya sədri bildirib ki, 28 dekabr tarixinin Azərbaycan vəkilliyinin tarixində ən əlamətdar gün olması təsadüfi deyil: “Çünki məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəkillik institutuna böyük qayğısının təzahürü olaraq ölkəmizdə ilk dəfə 28 dekabr 1999-cu il tarixdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbul olunaraq müstəqil vəkilliyimizin əsası qoyulmuş oldu. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə Azərbaycan vəkilliyinin tarixinə bəxş etdiyi bu mühüm günə görə minnətdarlığımı bildirir, vəkillər olaraq dövlətimiz və vətəndaşlarımız qarşısında olan vəzifələrimizin məsuliyyətini hər zaman dərk edərək, bilavasitə Dövlət başçısının rəhbərliyi altında aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarını tam dəstəklədiyimizi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətindəki tövsiyələrini ən yüksək səviyyədə nəzərə alacağımızı bəyan edir və hərtərəfli dəstəyinizə görə bir daha sonsuz minnətdarlığımı bildirirəm”.

Tarix: 25 Dekabr 2019, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin