BURADA REKLAMINIZ OLA
BİLƏR

Döyüş əməliyyatları hansı istiqamətdə davam edir? – MN açıqladı

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

 

Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.

 

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Tarix: 3 Noyabr 2020, 07:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin