BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan XİN: Kabil Universitetinə edilən silahlı hücumu qətiyyətlə pisləyirik

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstana başsağlığı verib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə XİN-in "Twitter"də səhifəsində bildirilib.

 

“Kabil Universitetinə edilən silahlı hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, Əfqanıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan dost Əfqanıstanla həmrəydir”, - deyə qeyd olunub.

 

Xatırladaq ki, noyabrın 2-də Kabil Universitetinin Hüquq fakültəsinin yerləşdiyi binaya silahlı şəxslər hücum edib. Hücum nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Tarix: 3 Noyabr 2020, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin