BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: "DQR prezidenti"nin müşaviri mənimlə bir qrupda oxuyub

"DQR prezidenti"nin bir müşaviri var, vaxtilə mənimlə Budapeştdə bir qrupda oxuyurdu, bir yataqxanada qalırdı. Azərbaycanca sən deyən bilməsə də, az qala yüzlərlə Azərbaycan atalar sözlərini və çoxunun mənalarını əzbərləmişdi. Ən sevdiyi "Arxadan atılan daş topuğa dəyər" idi. Bezdirmişdi. İndi belə nəticə çıxarıram ki, ya atalar sözlərinə yoluxan siyasi müşavirlik etməməlidir, ya da rəhmətlik Araik gədə ona qulaq asmırmış.

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

"Müharibədən sonra onu Dilçilik İnstitutunun filialına redaktor kimi işə götürmək olar. Əslində beyni yuyulmuş fağırın biri idi. Dəyişməyibsə... Ordumuzun gəbərtdiyi Araik gədə ilə bağlı ifadənin yazının üslubu ilə əlaqəli olduğunu anlamayanlar üçün düzəlişə ehtiyac var, deyəsən. Əlbəttə, o gədəyə rəhmət düşmür, amma kimin bağışlanıb-bağışlanmayacağı insanın işi də deyil, Allahın işidir. Öz işimizlə məşğul olaq" - İ.Məmmədov qeyd edib.

Tarix: 3 Noyabr 2020, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin