BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadını video ilə şantaj edib 10 min manat tələb edən şəxs saxlanıldı

Bakıda qadını şantaş edərək 10 min manat tələb edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın noyabrın 2-də bir nəfərin video görüntülərini yayacağı ilə hədələyib ondan 10 min manat pul tələb etdiyini bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş A.Rəsulov olması müəyyən edilib və görülən tədbirlərlə o saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 3 Noyabr 2020, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin