BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçınlılar keçmiş məmurun intiharına görə PA-nın qarşısına toplaşdılar - Aqil Nəzərlidən şikayət etdilər - VİDEO

Laçın rayonundan olan bir qrup sakin Prezident Adminstrasiyası qarşısına yürüş ediblər.

 

Pravda.az-ın xəbərinə görə, rayon sakinləri Laçın rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərlinin vətəndaşlara qarşı olan laqeyd münasibətinə öz etirazlarını bildiriblər.

 

Onlar bir müddət öncə Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kənd sakini olmuş məcburi köçkün və rayon təhsil şöbəsinin keçmiş işçisi Müqabil Baxışovun özünü asaraq öldürməsində Laçın rayon icra başçısı Aqil Nəzərlinin günahkar olduğunu bildiriblər. Rayon icra hakimiyyətinə, eləcə də Prezident Adminstrasiyasına müraciət etmələrinə baxmayaraq M. Baxışovun intihara sürükləyənlərin cəzalandırılmadığını bildiriblər.

 

Tarix: 25 Dekabr 2019, 22:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin