BURADA REKLAMINIZ OLA
BİLƏR

Səbinə Əliyeva xahiş etdi, beynəlxalq təşkilat nəzarətə götürdü

UNİSEF Suriyada hər iki valideynini itirmiş azərbaycanlı uşaqlarla bağlı məsələni nəzarətə götürüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşündə deyib.

 

Ombudsman Səbinə Əliyeva hər iki valideynini itirmiş azərbaycanlı uşaqların Suriyada məhrumiyyətlərlə üzləşərək çətin vəziyyətdə qaldıqlarını, onların pozulmuş hüquqlarının bərpasının və qısa müddət ərzində öz ölkələrinə gətirilməsinin vacibliyini, bu məsələdə UNİSEF-in dəstək göstərməsinin əhəmiyyətli olacağını E.Karvardinin diqqətinə çatdırıb.

 

E.Karvardin isə qurumun bu məsələni nəzarətə götürərək bəhs olunan ölkədəki nümayəndəliyə məlumat verəcəyini, təşkilatın öz imkanlarını səfərbər edərək yardımçı olacağını bildirib.

Tarix: 25 Dekabr 2019, 23:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin