BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölkə boyu iş yerləri bağlandı

"Bütün Türkiyədə iş yerləri saat 22:00-dan qapanacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyədə  yeni növ koronavirus (COVID-19) infeksiyasının, ölkə boyu, xüsusilə də İstanbulda çox artdığını vurğulayan prezident deyib ki, restoran, kafe, şadlıq evləri, nikah salonları, bərbərxanalar, konsert  salonları, teatrlar, kinoteatrlar, istirahət mərkəzləri, müalicəvi termal su obyektləri və bu kimi yerlərin fəaliyyəti yerli vaxtla saat 22.00-da başa çatacaq.

R.T.Ərdoğan  COVID-19-un yayılma sürətindən asılı olaraq qarşıdakı həftələrdə məktəblərdə  əyani təhsilin dayandırılması məsələsinin də aktual olduğunu  bildirib. 

Prezident Türkiyə istehsalı olan yeni növ koronavirus peyvəndinin gələn ilin yaz aylarından tətbiq olunmasının nəzərdə tutulduğunu deyib.

Tarix: 3 Noyabr 2020, 23:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin