BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda gənc oğlan bıçaqlandı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə "Lotos" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

 

Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs və şəxslərlə mübahisə zəminində ürək və qarın nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.

 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin, qarın boşluğunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.APA

Tarix: 26 Dekabr 2019, 00:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin