BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-da prezident seçkilərinin ilkin nəticələri açıqlandı

ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

 

Pravda.az xəbər verir ki, Respublikaçı Tramp gözlənildiyi kimi İndiana, Kentukki və Nyu-Hempşir ştatlarında liderlik edir. İndianada bülletenlərin 1%-nin hesablanmasından sonra o, 72% səs toplayıb. Kentukkidə isə Tramp 10 minə yaxın, onun rəqibi – Demokrat Cozef Bayden 2,8 min səs toplaya bilib.

 

Nyu-Hepşirdə səslərin hesablanması yenicə başlayıb. Hazırda Trampın 16, Baydenin 10 səsi var.

 

Qeyd edək ki, ABŞ-da ilk seçki məntəqləri İndiana və Kentukkidə bağlanıb.

Tarix: 4 Noyabr 2020, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin