BURADA REKLAMINIZ OLA
BİLƏR

MSK sədri: Bizdə hələ də qisasçılıq hissi qalır”

“Bəzi dairələrin seçkilərlə bağlı qarayaxma kampaniyası aparmaq cəhdləri bütün ölkələrdə müşahidə edilir. Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı da belə oldu. Bizdə hələ də qisasçılıq, eləcə də imkan tapan kimi əsası oldu-olmadı narazılıq etmək hissi qalır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

MSK sədri cəmiyyəti belə hallara diqqət etməyə çağırıb: “Hesab edirəm ki, inkişafa hələ də ehtiyac var. Bir günlük sensasion xarakterli fikirlərlə seçiciləri çaşdırmağa çalışmağın mənası yoxdur. Biz o qurumuq ki, 20 il ərzində bir tərəflə heç vaxt mübahisə aparmamışıq. Biz sadəcə işimizi görmüşük”.Report

Tarix: 26 Dekabr 2019, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin