BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat vəzifəsindən azad edildi

Milli Məclisin deputatı Sədaqət Vəliyeva sahiyyə sahəsində tutduğu vəzifədən azad edilib.

Pravda.az xəbər verir ki, məlumata görə, deputat baş həkim vəzifəsindən çıxarılması üçün özü TƏBİB-ə müraciət edib. TƏBİB də xanım deputatın müraciətini nəzərə alaraq işdən çıxarılmasını təmin edib.

Qeyd edək ki, Sədaqət Vəliyeva 2006-cı ildən Nizami rayonu 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi idi.

Xatırladaq ki, Sədaqət Vəliyeva 25 saylı Nizami İkinci Seçki Dairəsinin deputatı,  YAP Nizami Rayon Təşkilatının sədridir.Modern.az

Tarix: 5 Noyabr 2020, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin