BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə: “Seçkilərə gələnlər süfrədəki təamlardan da dadırdılar”

Dekabrın 22-də Özbəkistanın Ali Məclisinin (parlamentin aşağı palatası) Qanunvericilik Palatasına seçkilər keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və və qrupun üzvü Cavanşir Paşazadə seçkiləri müşahidə ediblər.

 

Cavanşir Paşazadə bildirib ki, seçkilər tam olaraq şəffaf keçib: “Seçkiləri müşahidə edərkən maraqlı məqam diqqətimizi çəkdi. İnsanlar seçkilərə böyük həvəslə gəlirdilər. Heç bir qanun pozuntusuna rast gəlmədik”.

 

Cavanşir Paşazadənin sözlərinə görə, hər məntəqədə maraqlı hal yaşanırdı: “Həmçinin hər seçki məntəqəsində Özbəkistanın milli süfrəsi açılmışdı. Seçkilərə gələnlər süfrədəki təamlardan da dadırdılar. Bu da insanların seçki əhval-ruhiyyəsini bir az da artırırdı”.

 

 Qeyd edək ki, seçkilər majoritar sistemə uyğun keçirilib, 50 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparıb. Modern.az

Tarix: 26 Dekabr 2019, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin