BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı: "Deyirlər ki, Amerika asqıranda dünya soyuqlayır"

"Co Bayden ABŞ prezidenti seçildi. Bizə dəxli yoxdur, deyilməsi düzgün deyil. Bütün dünyaya dəxli var. Deyirlər ki, Amerika asqıranda dünya soyuqlayır. Demokratların hakimiyyətə gəlməsi ABŞ xarici siyasətində demokratik dəyərlərə daha çox üstünlük verilməsinə səbəb ola bilər".

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, bu, həm də praqmatik siyasətin populizm üzərində qələbəsidir: "Bayden haqqında xoş təəssüratım var.
Bu təəssürat o vitse-prezident olduğu dövrdə Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edərkən Xalq Cümhuriyyətimiz haqqında dediyi xoş sözlərlə, Türkiyəyə səfəri zamanı bu qardaş ölkəyə verdiyi xüsusi önəmlə bağlıdır. Seçki kampaniyası dövründəki ləyaqətli davranışı da rəğbətə layiq idi. ABŞ və dünya üçün xeyirli-uğurlu olsun".

Tarix: 7 Noyabr 2020, 22:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin