BURADA REKLAMINIZ OLA
BİLƏR

Seyran Ohanyan danışdı

Ermənistanın sabiq müdafiə naziri, Xocalı qatillərindən biri Seyran Ohanyan Şuşada gedən döyüşlərdə Azərbaycan Ordusu tərəfindən atəşə məruz qaldığını etiraf edib.

 

Pravda.az xəbər verir ki, erməni mətbuatına danışan S.Ohanyan deyib ki, döyüş zamanı onunla birgə olanlar gülləyə tuş gəlib: “Mən yaxşıyam. Bir dostum yaralandı, digəri öldü…”

 

S.Ohanyan yaralı olub-olmadığına aydınlıq gətirməyib.

 

Xatırladaq ki, bir müsddət əvvəl S.Ohanyan Şuşanın hərbi komendantı təyin olunmuşdu. Keçmiş nazirin dünən Şuşa uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralandığı barədə xəbər yayılıb. Rəsmi məlumatlarda bu xəbər təkzib edilməyib.Azpolitika

Tarix: 7 Noyabr 2020, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin