BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hamını Rusiya əleyhinə fikir səsləndirməməyə çağırıram" - Aslan İsmayılov


"İlk dəfədir ki, Rusiyada ictimai fikir əsasən bizim xeyrimizədir. Heç vaxt belə olmamışdı. Nəhayət ki, ictimai həyatda aktiv olan bir çox ruslar reallığı başa düşüb. Bu çox yaxşı haldır və Rusiya-Azərbaycan münasibətlərinin yaxşı qalmasına ümid etməyə əsas verir. Məhz buna görə də gördüyümüz haqsızlıqlara rəğmən hamını Rusiya əleyhinə fikir səsləndirməməyə çağırıram".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, Rusiya hakimiyyəti də anlamılıdır ki, Ermənistan qəti olaraq Qərbə üz tutub: "Özü də bu tək Ermənistan hakimiyyətinin yox, xalqının fikridir. Əminəm ki, yaxın zamanlarda Ermənistan Rusiyaya qarşı ən düşmən mövqedə dayanan ölkə olacaq. Buna görə də Rusiya hakimiyyəti baş verənləri anlamalı, Ermənistana bu gün də göstərdiyi hərbi yardımı dayandırmalı və Azərbaycana münasibətini tam dəyişməlidir. Sözdə yox, əməldə Azərbaycana dost münasibəti sərgiləməlidir. Bu günkü davranışla Rusiya Azərbaycanı da həmişəlik itirəcək. Bu isə Rusiyaya çox baha başa gələr. Nə üçününü xırdalamıram. Hesab edirəm ki, Rusiya hakimiyyəti dediklərimi çox yaxşı anlayır. Mən də Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi Rusiya ilə yaxşı münasibətlərimizin qorunub saxlanmasının tərəfdarıyam. Ancaq anlamaq lazımdır ki, dostluq birtərəfli olmur. Bu gün isə Rusiya nəinki bizə dost münasibət göstərmir, heç Qarabağ münaqişəsindəki statusuna da riayyət edib neytral qalmır, hər gün tonlarla silah-sursatı Ermənistana göndərməkdə davam edir".

Tarix: 8 Noyabr 2020, 00:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin