BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp: "Mübarizə aparacağıma söz verirəm”

ABŞ Prezidenti Donald Tramp yenidən prezident seçkilərində qalib gəldiyini iddia edir.

 

Pravda.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb.

 

O bildirib ki, müşahidəçilər bülletenlərin sayılma otaqlarına buraxılmayıb: “Seçkidə qazandım, 71 milyon qanuni səs topladım. Müşahidəçilərimizin bülletenlərin sayılmasını görməsinə icazə verilmədiyi. Əvvəllər heç belə olmamışdı. Milyonlarla insanlara göndərilən bülletenlər geri istənilmədi!”.

 

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın nüfuzlu KİV-ləri öz hesablamalarına əsaslanaraq, Co Baydenin seçkiləri qazandığını bildirib. Tramp isə Demokrat rəqibinin hələ heç bir ştatda qalib olaraq təsdiqlənmədiyini söyləyib.

 

Tramp əlavə edib ki, Baydenin "saxta səslər"ini saymaq niyyətindədir: "Dürüst səs sayımı alana qədər mübarizə aparacağıma söz verirəm” .  O, həmçinin mövqeyini qorumaq üçün məhkəmə hazırlıqlarını elan edib.

 

Qeyd edək ki, 78 yaşlı Bayden seçiləcəyi təqdirdə, ölkə tarixindəki 46-cı və ən yaşlı prezident olacaq.APA

 

 

Tarix: 8 Noyabr 2020, 06:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin