BURADA REKLAMINIZ OLA
BİLƏR

Xamenei: “ABŞ-da vəziyyət və onların öz seçkiləri barədə danışdıqları tamaşadır”

İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ-dakı prezident seçkilərini tamaşa adlandırıb.

 

Pravda.az xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib: “ABŞ-da vəziyyət və onların öz seçkiləri barədə danışdıqları tamaşadır. Bu, liberal demokratiyanın biabırçı simasının nümunəsidir. Nəticədən asılı olmayaraq, bir şey tam aydındır - Amerika rejiminin birmənalı siyasi, vətəndaş və mənəvi tənəzzülü”

 

ABŞ-ın Dövlət katibi Mayk Pompeo isə Xameneinin sözlərinə belə cavab verib: “Şəxsən siz xalqınızdan yüz milyonlarla dollar oğurlamısınız. Sizin seçkiləriniz absurddur, yüzlərlə namizədi hətta namizədliyini irəli sürməyə imkan vermirlər. Bu gün sizin millətiniz acdır, çünki siz öz kleptokratiyanızı qorumaq üçün əlaltılarınıza milyardlar xərcləmisiniz”.

Tarix: 8 Noyabr 2020, 07:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin