BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan ordusu Xocavənd istiqamətində... - Müdafiə Nazirliyi son vəziyyəti açıqlayır

"Mənəvi-psixoloji vəziyyəti və maddi-texniki təminatı yüksək səviyyədə olan Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir".

Pravda.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

"Biz bu cəsarəti və döyüş ruhunu müzəffər Ali Baş Komandanımız və sarsılmaz xalqımızdan alırıq. Hazırda Xocavənd istiqamətində hücumu genişləndirən Azərbaycan Ordusu əməliyyat şəraitini nəzərdə saxlamaqla döyüşləri böyük ruh yüksəkliyi və mətinliklə davam etdirir. Qələbə bizimlədir!", - o, əlavə edib.

Tarix: 9 Noyabr 2020, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin