BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-nun yeni yataqxanası - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) yeni tələbə yataqxanası kompleksində son tamamlama işləri aparılır. 

Pravda.az-ın xəbərinə görə, artıq yataqxana ərazisinə giriş qapısı da dəyişdirilib, ərazidə park salınıb, ağaclar əkilib. Yeni yataqxananın üzərinə “BDU tələbə evi” sözləri yazılıb. Yataqxana binasının həyətinə girişdə təhlükəsizliyə baxan şəxslər üçün yer də tikilib, hazır vəziyyətə gətirilib.

Yataqxana BDU-nun 100 illik yubileyi məqsədilə həyata keçirilən tədbirlər planı çərçivəsində inşa olunub. Görünən budur ki,  6 mərtəbəli binada hazırda son tamamlama işləri aparılır.  BDU-nun mətbuat xidmətindən bildirilib ki, yataqxana barədə geniş məlumat açılış olduqdan sonra veriləcək.

Rəsmi məlumata görə, BDU-nun tələbə şəhərciyinin ümumi sahəsi 32445 kv. metrdir. Tikinti üçün nəzərdə tutulmuş sahə isə 13350 kv. metrdir. 19095 kv. metr ərazidə abadlıq işləri aparılacaq. Yataqxanalarda otaqların sayı 2282, burada yaşayacaq tələbələrin sayı isə 4470 nəfər olacaq. Tələbə şəhərciyi 4 korpusdan ibarət olacaq. Məlumat üçün bildirək ki, Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər buradan Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki yeni şəhərciyə köçürülüblər. Yalnız bir yataqxanada məcburi köçkünlər və 130 nəfər tələbə yaşayır. Həmin yataqxana binasında ötən ay 3 tələbə qız zəhərlənmişdi ki, onlardan biri də dünyasını dəyişdi."Yeni Müsavat"

Fotoları təqdim edirik
Tarix: 27 Dekabr 2019, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin