BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçın dəhlizi boyunca Rusiya sülhməramlıları yerləşdiriləcək - Kəlbəcər 15 noyabradək, Laçını isə 1 dekabradək boşaldılacaq

Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb.

 

Pravda.az-ın məlumatına görə, noyabrın 10-u saat 00:00-dan etibarən hərbi əməliyyatlar dayandırılır.

 

Məlumata görə, Ağdam rayonunun işğal altında olan ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılacaq.

 

Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiyanın sülhməramlıları yerləşdirilir.

 

Atəşkəsə nəzarət etmək üçün sülh mərkəzi yaradılır.

 

Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək.

 

Ermənistan işğal etdiyi Kəlbəcəri 15 noyabradək, Laçını isə 1 dekabradək boşaldacaq.

 

Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarılacaq.

 

Hərbi əsirlərin və cəsədlərin mübadiləsi həyata keçiriləcək.

Tarix: 10 Noyabr 2020, 04:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin