BURADA REKLAMINIZ OLA
BİLƏR

Yerevanda etiraz: “Kim Paşinyana bunu imzalamağa hüquq verib?” - VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda müharibənin dayandırılması haqqında bəyanat imzalamasını pisləyən yüzlərlə yerevanlı gecə saatlarında ölkə parlamentinin iclas zalına girib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “TASS” xəbər verib.

 

“Biz Nikol Paşinyanı tələb edirik. Kim ona bunu imzalamağa hüquq verib?”, - etirazçılar deyir.

 

Hazırda parlament binasında və onun ətrafında vəziyyət gərgindir, etirazçılar ətrafdakı bütün küçələri bağlayıb.

 

Tarix: 10 Noyabr 2020, 06:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin