BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN: Hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək...

DİN-dən komendant saatı ilə bağlı MÜRACİƏT

 

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

 

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir:

 

"Əziz həmvətənlər!

 

Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat  21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir. 

 

Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın".

Tarix: 10 Noyabr 2020, 16:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin