BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramil Usubovun oğluna yeni vəzifə verildi

Daxili işlər orqanlarında yeni təyinat olub.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, polkovnik Raul Usubov Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Raul Usubov sabiq Daxili İşlər naziri, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun oğludur.

 

Raul Usubov bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışıb.APA

Tarix: 27 Dekabr 2019, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin