BURADA REKLAMINIZ OLA
BİLƏR

Hədiyyə qutuları ilə bağlı sahibkarlara XƏBƏRDARLIQ

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Yeni il üçün hədiyyə qutularının hazırlanması zamanı qüvvədə olan mövcud texniki normativ hüquqi aktların tələblərinə əməl edilməsi ilə bağlı sahibkarlara xəbərdarlıq edib".


Pravda.az-ın xəbərinə görə, xəbərdarlıqda məqsəd əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsidir: “Yeni illə əlaqədar hazırlanan hədiyyəlik qutularda həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var. İstehlakçılar bilməlidirlər ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan tarix qutunun qablaşdırılma tarixidir. Ona görə də İstehlakçıların Yeni il hədiyyə qutuları alarkən qutunun içərisindəki qida məhsulunun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur. Əgər vətəndaşlarda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaransa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur".APA

Tarix: 27 Dekabr 2019, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin