BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlu: "Azərbaycan ordusu ermənilərə yaxşı dərs verdi, gerçəkdən ermənilər uduzdu"

"Qəribə adamlarıq, hazırda əlimizdən gedən imkanlardan danışmırıq, gələcək üçün mənasız konfiqurasiyalar qururuq. Biz bu müharibəni udduq, rəşadətli Azərbaycan ordusu ermənilərə yaxşı dərs verdi, gerçəkdən ermənilər uduzdu. Hesab daha böyük olardı. Sadəcə qazandığımızı "sülh göyərçini Rusiyaya" verdik. Rusiyaya bunun müqabilində bizə nə verib, nə vəd edib, deyə bilmərəm".

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, Rusiya əsgərlərinin Azərbaycan ərazisində ən azı 5 il, ola bilər, ömürlük qalması hazırda iqtisadiyyatımız üçün hava və su kimi vacib olan xarici sərmayələrin gəlişini azaldacaq, avro-atlantik məkanına inteqrasiyanı ləngidəcək: "Azərbaycan iqtisadiyyatı rus mühərriki ilə işləyəcək, yenidən rus dilini öyrənməyə başlayacagıq. Bununla yanaşı, rus hərbi qulluqçularının saxlanması xərclərini də biz ödəyəcəyik. Müharibə dayandı, amma problem tam çözülmədi. Qarabağ bölgəsi beynəlxalq arenada hələ uzun müddət Rusiyanın nəzarətində və idarəçiliyində olan münaqişə zonası kimi tanınacaq. Hamı Azərbaycanla Naxçıvan arasında quru yollarla kommunikasiyanın yaranacağından danışır, amma heç kəs bundan daha çox imkanlardan Rusiya və Ermənistanın da bəhrələnməsindən bəhs etmir. Ermənilərə gəlincə, onlar Qarabağı itirməmək üçün bu sazişə getdilər. Çünki, tarix boyu onları bu qorxusu indiki qədər böyük olmamışdı. Hələ müqavilənin detalları açıqlanmayıb, adətən belə razılaşmalar çox detallı olur. Çünki, açıqlanan sənəddə münaqişənin tənzimlənməsində Türkiyənin iştirakından, statusundan və rolundan bəhs olunmur, "təmas xətti" dəqiq təsvir edilmir. Bunları sorğulayan yoxdur, heç kəs 1-2 il sonranı düşünmək istəmir, əksəriyyət eyforiyadadır".

Tarix: 10 Noyabr 2020, 21:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin