BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan Baydeni təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbəsinə görə Respublikaçılar Partiyasından olan namizəd Cozef Baydenə məktub göndərib və onu qələbə münasibətilə təbrik edib.

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilib.

“Siz vitse-prezident vəzifəsində işlədiyiniz vaxtlarda dəfələrlə müzakirə etdiyimiz kimi, Türkiyə ilə ABŞ arasındakı münasibətlər köklü təməllərə söykənən strateji bir münasibətdir. Bu gün qlobal və regional səviyyədə qarşılaşdığımız çətinliklər ortaq maraqlara və dəyərlərə söykənən münasibətləri daha da inkişaf etdirməyimizi və gücləndirməyimizi tələb edir” - qeyd olunub.

Tarix: 11 Noyabr 2020, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin