BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyanın qızları ölkədən qaçdı

Qarabağ döyüşlərində rüsvayçı məğlubiyyətdən sonra Ermənistan sakinləri baş nazir Nikol Paşinyanı axtarır.

Pravda.az xəbər verir ki, Facebook-da tez-tez canlı yayıma çıxan Paşinyanın Müdafiə Nazirliyinin bunkerində gizləndiyi məlum olub.

“Bunkerdə özünü rahat hiss edən Paşinyan məhz burdan canlı yayımlara qoşulur. Paşinyanın ailə üzvlərin gəlincə, onun qızları – Məryəm və Şuşan 1 həftə əvvəl ölkəni tərk edərək Kanadaya gediblər”.

“Qraparak”ın məlumatına görə, Paşinyanın həyat yoldaşı Anna Akopyan, oğlu Aşot və kiçik qızı isə son günlər Gorus şəhərində olublar.

Tarix: 11 Noyabr 2020, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin