BURADA REKLAMINIZ OLA
BİLƏR

“Səfalı Broyler” cərimə edildi

Binəqədi Rayon Məhkəməsi “Səfalı Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 9 687 manat 28 qəpik inzibati cərimə ediləməsi barədə qərar çıxarıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmə şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatası nın İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə yazdığı ptotokola əsasən cərimələyib.

 

Məhkəmə qərarından MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılır.

Tarix: 27 Dekabr 2019, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin