BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: "Onlar sevinmək əvəzinə, ermənilərlə birlikdə yas tutmağa başlayıblar"

"Azərbaycan xalqı qələbəsini qeyd edir. Bu qələbə Azərbaycan oğullarının canı, qanı bahasına başa gəldi. Hər kəs Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən zəfər yürüşünü dəstəklədi. Sözün həqiqi mənasında qürurverici günlər yaşayırıq. Xüsusilə diqqətə çatdırmaq istərdim ki, son 500 ildə heç bir rəhbərin edə bilmədiyini cənab İlham Əliyev etdi. Ali Baş Komandanın qətiyyətli addımları Azərbaycanın qələbə çalmasını şərtləndirdi. Təkcə döyüş meydanında deyil, diplomatiyada da qalib gəlirik. Bütün dünya gördü ki, xalq bir olanda qələbə mütləqdir. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Ölkə vətəndaşları Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Təəssüflər olsun ki, Azərbaycandakı birliyi, həmrəyliyi gözügötürməyən qüvvələr var. Onlar yenidən baş qaldırıblar".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov qeyd edib ki, həmin qüvvələr rəşadətli Azərbaycan ordusunun qələbəsinə kölgə salmağa çalışırlar: "Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli başda olmaqla partiyanın üzvləri, Milli Şura adlanan təşkilatın fəalları anti-milli mövqedən çıxış edirlər. Onlar ermənipərəst qüvvələrdir. Ermənistan Azərbaycanın qalibiyyətini etiraf edib. Ermənistan rəhbərliyi Azərbaycan ordusunun çox güclü olduğunu qeyd edirlər. Belə olan halda, Əli Kərimli və ətrafındakılar qələbəyə kölgə salmağa cəhd edirlər. Azərbaycan xalqı onları silib-süpürüb tarixin zibilliyinə atıb, lənətləyib. Anti-milli ünsürlər qələbəyə sevinmək əvəzinə, ermənilərlə birlikdə yas tutmağa başlayıblar. Amma onlar heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan xalqı birdir, cənab Prezidentin ətrafında birləşib. Xalq tarixi qələbəsini qeyd edir".

Tarix: 11 Noyabr 2020, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin