BURADA REKLAMINIZ OLA
BİLƏR

“Problemlər Türkiyə Qarabağda bazalarını quranda başlayacaq...”

“İndi  biz bütün Ermənistanı qurban veririk. Bu müqavilə ilə biz Türkiyəni Azərbaycanla birləşdiririk”.

 

Pravda.az xəbər verir ki,  bunu  Ermənistanın “AMGA” kanalına müsahibəsində son Azərbaycan-Ermənistan-Rusiya sülh razılaşmasını şərh edən erməni politoloq, işğalçı ölkənin keçmiş baş nazirinin baş məsləhətçisi olmuş Ayk Martirosyan söyləyib.

 

“Ancaq hələki həll oluna bilməyəcək problem yoxdur. Nə sülhməramlılar, nə də müttəfiqlər - problem deyil. Problemlər Türkiyənin Şuşada mövqeyini möhkəmləndirəcəyi və Qarabağ boyunca bazalarını yerləşdirdiyi zaman ortaya çıxacaq...” -deyə A.Martirosyan fikirlərinin davamında bildirib.

Tarix: 11 Noyabr 2020, 16:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin