BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyadan Yerevana sülhməramlılar gəlməkdə davam edir

Bu gün Yerevana Rusiyadan sülhməramlı hərbçiləri daşıyan daha 8 təyyarə gəlib.

 

Pravda.az xəbər verir ki, “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yolsuzluqda hərəkət edə bilən yük avtomobilləri, maddi texniki təchizat ləvazimatı da gətirilib.

 

Bu yüklərin boşaldılmasına başlandığı da qeyd olunur.

 

“Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil olunub”, - açıqlamada qeyd olunur.Report

Tarix: 11 Noyabr 2020, 20:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin