BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bölgədə türk sülhməramlıları olmayacaq" - Polad Bülbüloğlu

Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində deyib.

P.Bülbüloğlu bildirib: "Söhbət türk sülhməramlılarının, əsgərlərinin gətirilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətdən gedir".

Onun sözlərinə görə, Qarabağda kontingentinin olmasına ehtiyac yoxdur.

Tarix: 11 Noyabr 2020, 23:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin