BURADA REKLAMINIZ OLA
BİLƏR

Müxalifət mitinq təyin etdi

Ermənistan müxalifəti noyabrın 12-si (bu gün) saat 17:00-da Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş-mitinq keçirməyi planlaşdırır.

 

Pravda.az “TASS”a istinadən xəbər verir ki, bu barədə müxalifət qüvvələrinin nümayəndələri bildirib:

 

“Hakimiyyət bizim qanuni tələblərimizə repressiyalarla cavab verdi. Etiraz hərəkatının liderləri güc strukturları tərəfindən saxlanılıb. Vətəninə biganə olmayan hər kəs saat 17:00-da yürüşə gəlin. Bizim tələbimiz Paşinyanın istefasıdır. Lakin biz Ermənistanda siyasi məhbusların azadlığı uğrunda da mübarizə aparacağıq”.

 

Tarix: 12 Noyabr 2020, 07:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin